![]() |
| DiskDigger Apk Yüklə |
DiskDigger telefonunuzdan sildiyiniz şəkil və videoları asanlıqla geri qaytara biləcəyiniz bir Android tətbiqidir. İstifadəsi olduqca sadədir və heçbir texniki biliyə ehtiyac yoxdur.
Silinmiş şəkilləri bərpa etmək üçün nə etmək lazımdır?
Proqramı açıb hansı fayl növünü qaytarmaq istəyirsinizsə onu seçib(şəkil, video, pdf və s.)taramayı başla düyməsini sıxmaq kifayətdir. Proqram telefonunuzun bütün yaddaşını skan edir və tapdığı bütün faylları sizə göstərir. Istədiyiniz faylı seçib sanki heç silinməmiş kimi asanlıqla geri qaytara bilərsiniz.
DiskDigger Root edilmiş telefonlarda isə daha dərindən axtarış aparır amma root olmadan da istifadə etmək mümkündür. Proqramın pulsuz versiyasında foto və video bərpası mümkündür, premium versiyasında isə digər fayl növləri də daxildir.
Diqqət edilməsi lazım olan məqamlar:
Bir şeyi unutmamaq lazımdır ki proqramı nə qədər tez istifadə etsəniz bir o qədər yaxşıdır. Telefon işlədildikcə silinmiş faylların üzərinə yeni məlumatlar yazılır və köhnə faylları bərpa çətinləşir. Və birşey daha. DiskDigger telefonuzu dərindən skan edərkən sizə zatən telefunuzda olan silinməmiş şəkil və videoları da göstərəcəkdir. Bu faylların arasından silinmiş olanları özünüz axtarıb tapmalısınız.



Hiç yorum yok:
Yorum Gönder