Android Telefonlar Üçün Ən Yaxşı Antivirus Proqramları [2026]

Android telefonunuzu virus, zərərli proqram və təhlükəli saytlardan qorumaq üçün antivirus tətbiqi quraşdırmaq ağıllı bir addımdır. Xüsusilə naməlum mənbələrdən APK yükləyənlər üçün antivirus proqramı mütləq lazımdır. Bu yazıda Android üçün ən yaxşı 5 antivirus proqramını sizinlə paylaşırıq.


1. Avast

Avast dünyada ən çox yüklənən antivirus proqramlarından biridir. Virusları aşkarlamaqla yanaşı WiFi şəbəkənizin təhlükəsizliyini də yoxlayır. RAM təmizləyici və tətbiq kilidi kimi əlavə funksiyaları da mövcuddur. Pulsuz versiyası əksər istifadəçilər üçün kifayətdir.

Yüklə Google Play



2. Norton

Norton antivirus sahəsinin köhnə və etibarlı brendlərindən biridir. Şəxsiyyət oğurluğuna qarşı qorunma, veb qorunma və zərərli proqram skaneri kimi güclü funksiyaları var. Premium versiyası xüsusilə güclüdür.

Yüklə Google Play



3. Bitdefender

Bitdefender yüngül strukturu ilə telefonun performansına minimal təsir göstərir. Yüksək virus aşkarlama dərəcəsi ilə tanınır. Sadə interfeysi ilə istifadəsi çox asandır.

Yüklə Google Play


4. ESET Mobile Security

ESET antivirus sahəsində onilliklər boyu özünü sübut etmiş etibarlı bir brenddir. Real vaxt qorunması, zərərli proqram skaneri və oğurluğa qarşı qorunma funksiyaları mövcuddur. Yüngül strukturu sayəsində telefonun batareyasına və performansına minimal təsir göstərir.

Yüklə Google Play


5. Malwarebytes

Malwarebytes xüsusilə casus proqramları və reklam proqramlarını aşkarlamaqda çox effektivdir. Digər antivirusların görmədiyi təhdidləri belə tapa bilir. İkinci antivirus kimi əsas antivirusunuzla birlikdə istifadə etmək olar.

Yüklə Google Play

Subway Surfers Cit Apk Yüklə [Limitsiz Pul və Açar Hiyləli]

Subway Surfers Limitsiz Pul

Subway Surfers, dünyada ən çox yüklənən mobil oyunlardan biridir. Sadə amma əyləncəli oyun mexanikası ilə saatlarla oynamaq mümkündür. Bu yazıda sizinlə Subway Surfers-in sonsuz pul və açar mod versiyasını paylaşırıq — heç bir əməliyyat etmədən bütün imkanlara sahib olursunuz.

Mod Versiyasının Xüsusiyyətləri:

Sonsuz Pul

Oyundakı bütün personajları, sörfbordları və aksesuarları almaq üçün lazım olan pul limitsizdir. Heç bir şey üçün gözləməyə ehtiyac yoxdur.

Sonsuz Açar

Oyunda həyat almaq, qutuları açmaq və xüsusi təkliflərdən yararlanmaq üçün istifadə edilən açarlar da limitsizdir.

Bütün Personajlar Açıqdır

Mod versiyasında bütün personaj və sörfbordlar əvvəlcədən kiliddən çıxarılmış şəkildə gəlir. İstədiyiniz personajla oynaya bilərsiniz.

Anti-Ban Qoruması

Hesabınızın bloklanmaması üçün anti-ban sistemi aktivdir.

Qeyd: Bu, modifiyə edilmiş bir versiyasıdır. Google Play-dən yüklənmir, APK şəklində yüklənir. Yükləmədən əvvəl telefonunuzun ayarlarından "Naməlum mənbələrə icazə ver" seçimini aktivləşdirin.


Yüklə




Telegram Apk Yüklə Son Versiya [ Rəsmi ]

Telegram Apk Icon


Telegram, dünyada sürətlə yayılan, təhlükəsizliyi və funksionallığı ilə öne çıxan ani mesajlaşma tətbiqidir. WhatsApp-a alternativ axtaranlar üçün Telegram çox vaxt birinci seçim olur. Böyük fayl göndərmək, kanallar izləmək və ya sadəcə rahat mesajlaşmaq istəyənlər üçün ideal tətbiqdir.

Telegram-ın Əsas Funksiyaları:

Sürətli və Təhlükəsiz Mesajlaşma

Telegram mesajları şifrələnmiş şəkildə göndərir. "Gizli söhbət" rejimində isə mesajlar müəyyən vaxtdan sonra avtomatik silinir — heç bir iz qalmır.

Böyük Fayl Göndərmə

WhatsApp-da fayl ölçüsü limiti çox aşağıdır. Telegram-da isə 2 GB-a qədər fayl göndərmək mümkündür. Video, sənəd, proqram faylı — heç bir problem olmadan.


Kanallar və Qruplar

Telegram kanallarında limitsiz sayda abunəçi ola bilər. Qruplarda isə 200.000 nəfərə qədər üzv dəstəklənir. Böyük icmalar üçün mükəmməl seçimdir.

Botlar

Telegram-da minlərlə faydalı bot var — xəbər botları, oyun botları, tərcümə botları və daha çox. Bir çox işi avtomatik etmək mümkündür.

Stikerlər və Animasiyalar

Telegram-ın stiker kolleksiyası olduqca genişdir. Özünüz də stiker paketi yarada bilərsiniz. Animasiyalı stikerlər söhbətlərə ayrıca canlılıq qatır.

Çox Cihaz Dəstəyi

Telegram eyni anda telefon, planşet və kompüterdə işləyir. Bütün cihazlarda mesajlar sinxronlaşır, heç biri qaçmır.


Yüklə




Whatsapp Apk Yüklə Son Versiya [ Rəsmi Whatsapp ]

Rəsmi Whatsapp Apk

WhatsApp, dünyada ən çox istifadə edilən ani mesajlaşma tətbiqidir. Mətn mesajı, səsli və görüntülü zəng, fayl paylaşımı kimi əsas funksiyalarının yanında son illərdə bir çox yeni xüsusiyyətlər də əlavə edilib. Sadə interfeysi və etibarlılığı ilə milyardlarla istifadəçinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

WhatsApp-ın Əsas Funksiyaları:

Mesajlaşma və Zənglər

Fərdi və qrup söhbətlərində mətn, səs mesajı, şəkil, video və sənəd göndərmək mümkündür. Bundan əlavə, səsli və görüntülü zənglər tamamilə pulsuzdur — sadəcə internet bağlantısı kifayətdir.

Uçdan-Uca Şifrələmə

WhatsApp-da bütün mesaj və zənglər uçdan-uca şifrələnir. Yəni göndərdiyiniz mesajları yalnız siz və qarşı tərəf görə bilir, başqa heç kim — hətta WhatsApp özü belə.

Status Funksiyası

Instagram hekayələrindəki kimi 24 saat sonra silinən şəkil, video və ya mətn statusları paylaşa bilərsiniz. Status bölməsindən həmçinin dostlarınızın paylaşdıqlarına baxa bilərsiniz.

WhatsApp Kanalları

Son versiyalarda əlavə edilən Kanallar funksiyası ilə istədiyiniz şəxs və ya brendləri izləyə, onların paylaşımlarını birbaşa tətbiq daxilindən izləyə bilərsiniz.

Qruplar və Topluluklar

Bir qrupda 1024 nəfərə qədər üzv ola bilər. Topluluklar funksiyası ilə isə bir neçə qrupu bir çətir altında birləşdirmək mümkündür — iş yeri, məktəb və ya dostlar üçün əlverişlidir.

Görüntülü Zəngdə Ekran Paylaşımı

Görüntülü zəng zamanı telefonunuzun ekranını qarşı tərəflə paylaşa bilərsiniz. Bir şeyi izah etmək və ya nəsə göstərmək lazım olduqda çox işə yarayır.

Qeyd: WhatsApp-ı Play Store-dan yükləmək tövsiyə olunur. Bu yolla avtomatik yeniləmələr alırsınız və proqram həmişə son versiyada qalır. Burda paylaşdığımız Google Playdan yükləyəkdə problem yaşayanlar üçündür.


Yüklə





Perfect Piano 7.9.7 Apk Yüklə [ Son Versiya ]

Perfet Piano Apk Yüklə 

Perfect Piano, telefon və ya planşetinizi virtual pianoya çevirə biləcəyiniz yüksək funksionallı bir musiqi tətbiqdir. Proqramın əsas üstünlüyü, musiqi təhsili olmayan istifadəçilər üçün nəzərdə tutulmuş interaktiv öyrənmə sistemidir. Perfect Piano yükləyərək sadəcə telfonunuz ilə əylənərək piano çalmağı öyrənə bilərsiniz.


 Proqramın Əsas Funksiyaları: 

88 Klavişli Tam Klaviatura: Tətbiq standart piano klaviaturasını tam əhatə edir. Çoxtoxunuşlu dəstəyi sayəsində eyni anda bir neçə notu ifa etmək mümkündür.

 Müxtəlif Səs Effektləri: Yalnız klassik piyanonu deyil, həmçinin Grand Piano, Bright Piano, Orqan və Sintezator kimi müxtəlif alət səslərini dəstəkləyir.

 İnteraktiv Öyrənmə Rejimi: Minlərlə populyar musiqi tətbiqə daxil edilib. "Waterfall" (düşən notlar) və ya "Traditional" (not vərəqi) rejimlərindən istifadə edərək mahnıları öyrənə bilərsiniz.

 Audio Yazma: İfa olunan musiqiləri yüksək keyfiyyətli səs formatında yaddaşa köçürmək mümkündür. Xarici 

Klaviatura Dəstəyi: USB vasitəsilə xarici MIDI klaviaturaları proqrama qoşmaq və tətbiqi peşəkar bir monitor kimi istifadə etmək olar. 

 Çoxistifadəçili Rejim: Digər istifadəçilərlə onlayn mühitdə eyni anda ifa etmək və ya musiqi yarışlarına qoşulmaq imkanı mövcuddur.






Automatic Call Recoder Apk Yüklə ( Android Zəngləri Yaddaşa Yazmaq)

Automatic Call Recoder Yüklə 


Call Recorder Automatic, telefon danışıqlarını avtomatik olaraq qeyd edən bir Android tətbiqidir. Proqram gələn və gedən bütün zəngləri siz heçbir düyməni basmadan tamamilə avtomatik şəkildə və yüksək keyfiyyətdə yaddaşa yazır. Sadəcə birdəfə telefonuza yükləyib tələb etdiyi icazələri verərək quraşdırmanı tamamlayırsnız. Sonrasıda proqram hərşeyi özü edəcək. 

 Tətbiqin ən böyük üstünlüyü sadəliyidir — quraşdırıb unudursunuz, qalanını özü edir. Bundan əlavə, WhatsApp, Messenger və Zoom kimi tətbiqlərdəki zəngləri də qeyd etmək mümkündür. Səs keyfiyyəti HD səviyyəsindədir və lazım olduqda proqram daxili tənzimləmələr ilə səsi redaktə etmək də olur. Istəsəniz qeydləri buluda yedəkləyə bilərsiniz. Tətbiq kilidlənə bildiyi üçün şəxsi danışıqlarınız təhlükəsiz qalır. Daxili PIN şifrələmə funksiyası ilə gizlilik ön plandadır. 

Samsung, Xiaomi, Oppo, Huawei kimi cihazlarla stabil işləyir. Android 9 və yuxarı versiyalar üçün nəzərdə tutulub. Danışıqlarını arxivləmək, iş görüşmələrini yadda saxlamaq və ya sadəcə əmin olmaq istəyənlər üçün olduqca sadə və praktik bir həlldir. 

 Qeyd: Call Recoder'ın tam və problemsiz şəkildə işləyə bilməsi üçün ilk quraşdırma zaman proqramın tələb etdiyi bütü icazələri verdiyinizdən əmin olun. 







SnapTube Apk Yüklə Ən Son Versiya(YouTube'dan Video Yükləmək)

 

SnapTube Apk Yüklə

Sosial media platformalarında qarşımıza çıxan maraqlı videoları və musiqiləri oflayn izləmək üçün telefonumuza yükləmək istəyirsiniz? Snaptube, bu ehtiyacı tam şəkildə qarşılayan, dünyanın ən populyar Android tətbiqlərindən biridir. Bu proqram ilə YouTube, Instagram, SoundCloud, TikTok və Facebook kimi 50-dən çox platformadan istədiyiniz media fayllarını rahat şəkildə və ən yüksək keyfiyyətdə telefonunuza yükləyə bilərsiniz. 


 Snaptube-un Əsas Üstünlükləri və Funksiyaları:


 1. Çoxşaxəli Format və Keyfiyyət Seçimi 

Snaptube vasitəsilə videoları sadəcə bir kliklə MP4 (video) və ya MP3 (audio) formatında yükləyə bilərsiniz. Keyfiyyət məsələsində isə heç bir limit yoxdur. 144p-dən 4K Ultra HD keyfiyyətinə qədər seçim imkanınız mövcuddur. 

 2. WhatsApp Status Yükləyicisi 

Dostlarınızın paylaşdığı və 24 saat sonra silinən maraqlı statusları itirmək istəmirsinizsə, Snaptube köməyinizə çatır. Heç bir əlavə proqram quraşdırmadan, birbaşa Snaptube daxilindən WhatsApp statuslarını telefonunuzun yaddaşına köçürə bilərsiniz. 

 3. Şəxsi Faylların Qorunması (Gizli Bölmə)

 Təhlükəsizlik tərəfdarı olanlar üçün tətbiqdə xüsusi bir bölmə mövcuddur. Burada şəxsi şəkillərinizi və videolarınızı şifrəli şəkildə gizlədərək, kənar şəxslərin girişinin qarşısını ala bilərsiniz. 

 4. Sistem Optimizasiyası Alətləri

 Snaptubu sadəcə bir yükləyici kimi deyil, həm də telefonunuzun performansını artıra biləcəyinizbir proqram kimi də istifadə edə bilərsiniz. RAM təmizləyici, Lazımsız şəkil və WhatsApp təmizləyici, Batareya qənaət rejimi kimi funksiyaları ilə telefonunuzun daha stabil və sürətli işləməsini təmin edə bilərsiniz. 







Keepsafe Apk Yüklə ( Android Qalareyadan Şəkil Və Ya Video Gizlətmək)

Keepsafe Şəkil Gizlətmə Proqrami

Android telefonlarda qalareyada şəkil və videoları necə gizlətmək olar? Bunun üçün nəzərdə tutulmuş çox sadə və funksional bir proqram var. Keepsafe, telefonunuzdakı şəkil və videoları gizlətmək üçün istifadə edilən bir tətbiqdir. Şəxsi şəkil və ya videolarını başqalarının maraqlı gözlərindən qorumaq istəyənlər üçün nəzərdə tutulub 👀 İstifadəsi çox sadədir: tətbiqi açırsınız, PIN və ya barmaq izi ilə daxil olursunuz və istədiyiniz media fayllarını içəriyə köçürürsünüz. Köçürdüyünüz faylları artıq telefonunuzun qalereyasında görmək artıq mümkün olmur.

 Eyni zamanda güvənliyi artırmaq üçün tətbiqin bir neçə faydalı xüsusiyyəti var. Saxta PIN funksiyası ilə kimsə sizdən zorla şifrəni soruşmağa çalışsa boş və ya saxta albom göstərə bilərsiniz. Bundan əlavə, bulud yedəkləmə və albomları şifrələmə imkanı da mövcuddur. Pulsuz versiyada saxlama limiti var və reklamlar görünür. Tam imkanlardan yararlanmaq üçün Premium abunəlik tələb olunur. Ümumiyyətlə, şəxsi məlumatlarını qorumaq istəyən istifadəçilər üçün etibarlı və istifadəsi asan bir tətbiqdir. 







Spin The Bottle Apk Yüklə (Butulka Oyununun Android Versiyası))

Butulka Oyunu Apk 


Hamımızın Facebook'dan tanıdığı Spin the Bottle(Butulka Oyunu) klassik şüşə fırlatma oyununun Android versiyasıdır. Əvvəllər bu oyunu kompüterdə Facebook və ya Odnoklassniki kimi sosial platformalar üzərindən oynayırdıq. Oyunu telefonunuza yükləyərək heçbir platformaya giriş etmədən rahatlıqla oynaya bilərsiniz. Oyunun məntiqi çox sadədir. Ekrandakı şüşəni fırlayırsınız, o hansı oyunçuya tərəf dayanırsa, həmin oyunçu tapşırığı yerinə yetirməlidir. Bundan əlavə sizə verilən ❤️ xalları əvəzində birbirinizə hədiyyələr göndərə, olduğunuz masada musiqi seçə bilərsiniz. Burda məqsəd əlbəttə ki şuşə çevirmək və ya oyun oynamaq deyil özünüzə yeni dostlar tapmaq, söhbətləşərək xoş zaman keçirməkdir. Facebook və ya Google hesabınız ilə rahatlıqla giriş edib oynaya bilərsiniz. 







DiskDigger Apk Yüklə (Android Silinmiş Şəkilləri Geri Qaytarmaq)

DiskDigger Apk Yüklə

DiskDigger telefonunuzdan sildiyiniz şəkil və videoları asanlıqla geri qaytara biləcəyiniz bir Android tətbiqidir. İstifadəsi olduqca sadədir və heçbir texniki biliyə ehtiyac yoxdur. 


 Silinmiş şəkilləri bərpa etmək üçün nə etmək lazımdır? 

 Proqramı açıb hansı fayl növünü qaytarmaq istəyirsinizsə onu seçib(şəkil, video, pdf və s.)taramayı başla düyməsini sıxmaq kifayətdir. Proqram telefonunuzun bütün yaddaşını skan edir və tapdığı bütün faylları sizə göstərir. Istədiyiniz faylı seçib sanki heç silinməmiş kimi asanlıqla geri qaytara bilərsiniz. 

 DiskDigger Root edilmiş telefonlarda isə daha dərindən axtarış aparır amma root olmadan da istifadə etmək mümkündür. Proqramın pulsuz versiyasında foto və video bərpası mümkündür, premium versiyasında isə digər fayl növləri də daxildir. 


 Diqqət edilməsi lazım olan məqamlar:

 Bir şeyi unutmamaq lazımdır ki proqramı nə qədər tez istifadə etsəniz bir o qədər yaxşıdır. Telefon işlədildikcə silinmiş faylların üzərinə yeni məlumatlar yazılır və köhnə faylları bərpa çətinləşir. Və birşey daha. DiskDigger telefonuzu dərindən skan edərkən sizə zatən telefunuzda olan silinməmiş şəkil və videoları da göstərəcəkdir. Bu faylların arasından silinmiş olanları özünüz axtarıb tapmalısınız.


  Yüklə 






Ən Yaxşı Suni Intellekt Proqaramları 2026


ChatGPT

  ChatGPT ilə başlayaq. Dünyada hal hazırda ən məşhur və ən çox istifadə edilən AI proqramıdır. OpenAI şirkəti tərəfindən hazırlanıb. Süni intellekt dedikdə ilk ağla gələn proqram sözsüz ki ChatGPT-dir. Sual-cavab, mətn yazma, kod yazma, tərcümə, şəkil yaratma kimi funksiyaları var. Pulsuz və premium versiyaları mövcuddur. Mənim fikrimcə gündəlik istifadə üçün remium versiya almağa ehtiyac yoxdur. Yuxarıda sadaladığım bütün fuksiyaları, hətta şəkil düzəltmək vəya redaktə etmək də daxil pulsuz versiyada istifadə etmək olur.


Gemini


Gemini, Google-un hazırladığı ən qabaqcıl süni intellekt proqramıdır. Gemini-ın ən üstün cəhəti Android telefonlara mükəmməl şəkildə inteqrasiya olunmasıdır. Bildiyiniz kimi, "Android" əməliyyat sistemi də Google-a məxsus olduğu üçün Gemini telefonunuzla sanki bütünləşərək işləyir. Gemini-ın pulsuz versiyası o qədər geniş imkanlara malikdir ki, məncə, premium versiyaya ehtiyac duymayacaqsınız. Gemini-ın da ChatGPT kimi mətn yazma, suallara cavab vermə, mürəkkəb problemləri həll etmə, şəkil yaratma və redaktə etmə funksiyaları mövcuddur. Bununla bərabər, GPT-də olmayan video hazırlamaq, canlı söhbət zamanı kamera ilə inteqrasiya və hətta yeni gələn mətni musiqiyə çevirmək kimi funksiyalar mövcuddur.


Grok


Grok bir çoxunuzun sosial mediadan tanıdığı milyarder iş adamı Elon Musk-un sahibi xAI şirkəti tərəfindən hazırlanıb. Grok-un üstün cəhəti isə digər süni intellekt proqramlarından daha az məhdudiyyət tətbiq etməsidir. Yəni Grok, digər intellektlərin cavab verməkdən imtina etdiyi sualları çəkinmədən cavablandıra, həmçinin onların hazırlamaq istəmədiyi şəkil və videoları asanlıqla hazırlaya bilər. Şəkil video hazırlama sahəsində isə, pulsuz planda belə demək olar ki limit tətbiq olunmur. Dilədiyiniz qədə media yarada bilərsiniz. Grok un üstün cəhətlərindən biri də X (Köhnə Twitter) platforması ilə inteqrasiyalı şəkildə işləyə bilmədir. Əgə digər intellentlərin tətdbiq etdiyi limit və məhdudiyyətlərdə bizmisizsə Grok tam sizin üçün daha doğru seçimdir.


DeepSeek


DeepSeek Çin texnologiya şirkətinin hazırladığı AI proqramıdır. DeepSeek qısa müddət ərzində dünyada böyük maraq qazandı və ChatGPT-nin rəqibi olaraq görülməyə başladı. Ən əsas üstünlüyü tamamilə pulsuz olması və istifadəçiyə heç bir limit qoymamasıdır. ChatGPT-nin premium versiyası ilə rəqabət apara biləcək səviyyədə bir AI proqramıdır. Mətn yazma, kod yazma və analiz etmə sahəslərində çox güclüdür. Lakin şəkil və video funksiyası yoxdur, yalnız mətn əsaslıdır. Bu sahədə digər süni intellektlərdən geri qalsa da tamamilə pulsuz bir AI axtaranlar üçün məncə ideal seçimdir.


Perplexty 

Perplexity AI digər süni intellekt proqramlarından fərqli olaraq daha çox axtarış platforması kimi işləyir. Verdiyiniz sualları internetdə olduqca sürətli şəkildə araşdıraraq sizə mənbələr təqdim edir və dəqiq cavablar verir. Yəni o, verdiyi cavabları haradan götürdüyünü və nəyə əsaslandığını açıq keçid (link) şəklində göstərir. Digərləri kimi onlarla fərqli funksiyası olmasa da, daha etibarlı məlumatlar almaq üçün ideal və sadə bir süni intellekt proqramıdır. Ödənişsiz versiyası əksər istifadəçilər üçün kifayət edir. 

Sizin burda olmayan amma istifadə edib bəyəndiyiniz süni intellekt proqramı varsa şərh bölməsində qeyd edə bilərsiniz.

Getcontac Apk Bilinməyən Nömrələrin Kimə Aid Olduğunu Öyrənmək

Getcontac Apk Yüklə

Getcontact naməlum nömrələrdən gələn zənglərin kimə aid olduğunu müəyyənləşdirmək üçün hazırlanmış Android tətbiqidir. Kontaktınızda olmayan hər-hansı bir nömrədən sizə zəng gəldikdə Getcontac nömrəni saniyələr içində müəyyənləşdirir və zəng ekranında sizə göstərir. Bunun üçün sadəcə telefonunuzun ayarlar bölməsindən Getcontact-ı tapıb "digər tətbiqlər üzərində göstər" funksiyasını aktiv etmək lazımdır.
Bununla yanaşı proqramın Spam Qoruması funksiyası ilə son vaxtlar ölkəmizdə də geniş yayılmış fırıldaqçı zəngləri də yerində müəyyənləşdirə və bloklaya bilərsiniz. 

Etikektlərim (Tags) bölməsində isə digər insanların sizin nömrənizi kontaktlarına necə qeyd etdiklərini görə bilərsiniz. Burda diqqət edilməsi gərəkən məqam, proqrama ilk dəfə giriş edəndə Getcontact-ın sizin kontakt siyahınızı da öz bazasına kopyalamasına və istifadə etməsini icazə vermiş olursunuz. Yəni necə ki siz başqalarının sizi necə qeyd etdiyini görürsüz, başqalarının da Tags bölməsində sizin qeyd etdiyiniz ad görünə bilər. Proqrami ilk dəfə istifadə edəcəksinizsə bu məqamları nəzərə alaraq yükləyin. 

Paylaşdığımız mod versiya olsa da "Profilimə Baxanlar" bölməsi aktiv deyil. Bu funksiya premium abunəlik almağınız mütləqdir.


Yüklə




Spotify Premium Reklamsız Apk Yüklə [Pulsuz Ən Son Versiya]

Spotify Premium Yüklə

Spotify, 750 milyondan çox istifadəçisi ilə dünyanın ən populyar onlayn musiqi dinləmə platformasıdır. 180-dən çox ölkədə fəaliyyət göstərən Spotify sayəsində mahnıları tək-tək axtarıb yükləmək dərdi olmadan, öz pleylistlərinizi yarada və istədiyiniz an dinləyə bilərsiniz. İstifadəçi dostu interfeysi, podkastlar, "Top" siyahılar və bir çox digər funksiyalar Spotify-ı musiqi sahəsində lider platformaya çevirir. ​

Bu platformanın ən böyük üstünlüklərindən biri də Premium abunəliklə yanaşı, ödənişsiz (Free) istifadə imkanının olmasıdır. Lakin ödənişsiz planda bir sıra məhdudiyyətlər tətbiq edilir. Bizim təqdim etdiyimiz bu versiyada həmin məhdudiyyətlərin çoxu aradan qaldırılıb. Beləliklə, ödəniş etmədən sanki Premium abunəliyiniz varmış kimi musiqidən zövq ala bilərsiniz. ​

Qeyd: Bu versiya tamamilə reklamsızdır və mahnı yükləmə funksiyasından başqa demək olar ki, bütün imkanlar aktivdir. Mahnıları oflayn (internet olmadan) dinləmək üçün rəsmi Premium abunəlik mütləqdir.

  Yüklə 





Seekee Apk Yüklə AI Film Izləmə Proqramı

Seekee Apk Yüklə 


Seekee süni intellekt təməlli Film, Serial izləmə tətbiqidir. Bildiyiniz kimi yeni çıxan film və serialların əksəriyyətini müəllif hüquqları və tv reytinqlərinin düşməsi səbəbi ilə YouTube üzərindən izləmək mümkün deyil. Bu səbəbdən istifadəçilərin çoxusu fəqli film, dizi saytlarına yönəlir. Lakin bu internet saytlarında reklam və virus tipli yazılımların əlindən bir şeylər izləmək demə olarki mümkünsüzdür. Seekee proqramı tam da bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Proqramı yükləyib axtarış yerinə istədiyiniz filmin və ya serialın adını yazmaq kifayətdir. Proqram süni intellektin ilə axtardığınız filmi saniyələr içində tapır və tamamilə reklamsız şəkildə izləyə bilməyimiz üçün hazırlayır. Sadəcə bir toxunuş ilə narahat edici reklamlar, pop up'lar və sizə durmadan bildiriş göndərməyə çalışan yazılımlar olmadan rahat şəkildə izləyə bilərsiniz. 

 Seekee süni intellekt təməlli bir proqram olduğu üçün filmi izləməklə yanaşı istədiyiniz bütün sahələrdə istifadə edə bilərsiniz. Məsələn Yazını şəkilə dönüşdürmə, AI şəkil redaktə edici, AI translate, Bulud depolama kimi saymaqla bitməyən onlarca funksiyası mövcuddur. Mənim ən xoşuma gələn şəkil redaktə etmə funksiyası oldu. Bu funksiyası daha çox Remini tərzində işləyir. Əsas sahəsi bu olmamasına rəğmən ortaya çox mükəmməl nəticələr çıxdı. Etiraf edim ki bu proqram süni intellekt sahəsində ən maraqlı və lazımlı proqramladan biri oldu.






Flashscore Plus Versiya Apk Yüklə [Fudbol Canlı Hesab İzləmə Proqramı]

Flashscore Plus Apk Yüklə

Flashscore Plus əsasən fudbol həvəskarlarının istifadə etdiyi 30-dan cox idman növündə canli statistikaları izləyə biləcəyiniz olduqca sadə və sürətli bir Android tətbiqidir. Əgər siz də idman həvəskarısızsa və idman dünyasında olub bitənlərdən dərhal xəbərdar olmaq istəyirsinizsə bu proqramı mütləq istifadə edin. Proqramla canlı və ya bitmiş oyunların nəticələrinə baxmaqla yanaşı klubların liqalardaki vəziyəti, gələcək oyunlar, oyunçuların kariyeralari, kim hansı komandada nə qədər oynayıb, hansı oyunlarda qol vurub, oyuncu və ya komanda hansı mövsümdə necə performans sərgiləyib, qısacası idmanla bağlı bütün statistikalara tək bir tətbiq vasitəsilə ətraflı şəkildə baxa bilərsiniz. 

 Proqramı yükləyib hesab açdıqdan sonra maraqlandığınız idman növləri, izlədiyiniz liqa və komandaları işarələməyinizi istəyəcək. Proqram həmin komanda və ya liqada baş verən hadisələrdən, yaxınlaşan və ya canlı oyunlardan sizi daim məlumatlandıracaq. Beləliklə idmanla maraqlanmağa vaxtınız olmayan vaxtlarda belə telefonunuza gələn bildirişlər ilə heçnəyi qaçırmayacaqsız. Qeyd edim ki Plus versiyada reklamlar yoxdur və mərc saylarının da oyunlar üçün verdiyi kafsentlərə də bu versiyadan baxmaq mümkündür.








Remini Apk Süni İntellekt Şəkil Montaj Proqramı (2026)

Süni intellekt şəkil düzəltmək
Remini Apk Limitsiz


Remini yüzlərlə effekt və şablonlarla maraqlı montajlar edə biləcəyiniz süini intellekt əsaslı bir şəkil montaj proqramıdır. İlk cıxdığı vaxtlarda məqsədi sadəcə köhnə, cırılmış və ya keyfiyyətsiz şəkilləri bərpa etmək olsa da zamanla əlavə olunan yeniliklər, effekt və şablonlar ilə istifadəçilərə daha maraqli montajlar edə bilməsini təmin etdi. Hətta Remin'in əlavə etdiyi şablonların hər biri sosial mediada trendə çevrilirdi. Tətbiq ilə toy şəkilləri düzəldən kim, uşaqlıq halına qayıdan kim, özünü maket formasını hazırlayan kim. Bugün belə sosial mediada gördüyünüz birçox Aİ paylşımlarının çoxusu Remini ilə hazılanır. 

 Remini inkişaf etmiş süni intellekti ilə olduqca professional və fərqli montajlar etsə də istifadəsi heç də çətin deyil. Tətbiqə bir dəfə üzünüzün aydın göründüyü bir-neçə selfie yükləyirsiz və süini intellekt sizə bir profil hazırlayır. Artıq tətbiqin daxilindəki bütün Aİ effekt və şablonları tək toxunuşla istifadə edə bilirsiniz. Qeyd edim ki burdan yüklədiyiniz versiya reklamsız və günlük limitlər olmayan versiyadır.