Ən Yaxşı Suni Intellekt Proqaramları 2026


ChatGPT

  ChatGPT ilə başlayaq. Dünyada hal hazırda ən məşhur və ən çox istifadə edilən AI proqramıdır. OpenAI şirkəti tərəfindən hazırlanıb. Süni intellekt dedikdə ilk ağla gələn proqram sözsüz ki ChatGPT-dir. Sual-cavab, mətn yazma, kod yazma, tərcümə, şəkil yaratma kimi funksiyaları var. Pulsuz və premium versiyaları mövcuddur. Mənim fikrimcə gündəlik istifadə üçün remium versiya almağa ehtiyac yoxdur. Yuxarıda sadaladığım bütün fuksiyaları, hətta şəkil düzəltmək vəya redaktə etmək də daxil pulsuz versiyada istifadə etmək olur.


Gemini


Gemini, Google-un hazırladığı ən qabaqcıl süni intellekt proqramıdır. Gemini-ın ən üstün cəhəti Android telefonlara mükəmməl şəkildə inteqrasiya olunmasıdır. Bildiyiniz kimi, "Android" əməliyyat sistemi də Google-a məxsus olduğu üçün Gemini telefonunuzla sanki bütünləşərək işləyir. Gemini-ın pulsuz versiyası o qədər geniş imkanlara malikdir ki, məncə, premium versiyaya ehtiyac duymayacaqsınız. Gemini-ın da ChatGPT kimi mətn yazma, suallara cavab vermə, mürəkkəb problemləri həll etmə, şəkil yaratma və redaktə etmə funksiyaları mövcuddur. Bununla bərabər, GPT-də olmayan video hazırlamaq, canlı söhbət zamanı kamera ilə inteqrasiya və hətta yeni gələn mətni musiqiyə çevirmək kimi funksiyalar mövcuddur.


Grok


Grok bir çoxunuzun sosial mediadan tanıdığı milyarder iş adamı Elon Musk-un sahibi xAI şirkəti tərəfindən hazırlanıb. Grok-un üstün cəhəti isə digər süni intellekt proqramlarından daha az məhdudiyyət tətbiq etməsidir. Yəni Grok, digər intellektlərin cavab verməkdən imtina etdiyi sualları çəkinmədən cavablandıra, həmçinin onların hazırlamaq istəmədiyi şəkil və videoları asanlıqla hazırlaya bilər. Şəkil video hazırlama sahəsində isə, pulsuz planda belə demək olar ki limit tətbiq olunmur. Dilədiyiniz qədə media yarada bilərsiniz. Grok un üstün cəhətlərindən biri də X (Köhnə Twitter) platforması ilə inteqrasiyalı şəkildə işləyə bilmədir. Əgə digər intellentlərin tətdbiq etdiyi limit və məhdudiyyətlərdə bizmisizsə Grok tam sizin üçün daha doğru seçimdir.


DeepSeek


DeepSeek Çin texnologiya şirkətinin hazırladığı AI proqramıdır. DeepSeek qısa müddət ərzində dünyada böyük maraq qazandı və ChatGPT-nin rəqibi olaraq görülməyə başladı. Ən əsas üstünlüyü tamamilə pulsuz olması və istifadəçiyə heç bir limit qoymamasıdır. ChatGPT-nin premium versiyası ilə rəqabət apara biləcək səviyyədə bir AI proqramıdır. Mətn yazma, kod yazma və analiz etmə sahəslərində çox güclüdür. Lakin şəkil və video funksiyası yoxdur, yalnız mətn əsaslıdır. Bu sahədə digər süni intellektlərdən geri qalsa da tamamilə pulsuz bir AI axtaranlar üçün məncə ideal seçimdir.


Perplexty 

Perplexity AI digər süni intellekt proqramlarından fərqli olaraq daha çox axtarış platforması kimi işləyir. Verdiyiniz sualları internetdə olduqca sürətli şəkildə araşdıraraq sizə mənbələr təqdim edir və dəqiq cavablar verir. Yəni o, verdiyi cavabları haradan götürdüyünü və nəyə əsaslandığını açıq keçid (link) şəklində göstərir. Digərləri kimi onlarla fərqli funksiyası olmasa da, daha etibarlı məlumatlar almaq üçün ideal və sadə bir süni intellekt proqramıdır. Ödənişsiz versiyası əksər istifadəçilər üçün kifayət edir. 

Sizin burda olmayan amma istifadə edib bəyəndiyiniz süni intellekt proqramı varsa şərh bölməsində qeyd edə bilərsiniz.

Hiç yorum yok:

Yorum Gönder

Automatic Call Recoder Apk Yüklə ( Android Zəngləri Yaddaşa Yazmaq)

Automatic Call Recoder Yüklə  Call Recorder Automatic, telefon danışıqlarını avtomatik olaraq qeyd edən bir Android tətbiqidir. Proqram gə...