Ən Yaxşı Suni Intellekt Proqaramları 2026


ChatGPT

  ChatGPT ilə başlayaq. Dünyada hal hazırda ən məşhur və ən çox istifadə edilən AI proqramıdır. OpenAI şirkəti tərəfindən hazırlanıb. Süni intellekt dedikdə ilk ağla gələn proqram sözsüz ki ChatGPT-dir. Sual-cavab, mətn yazma, kod yazma, tərcümə, şəkil yaratma kimi funksiyaları var. Pulsuz və premium versiyaları mövcuddur. Mənim fikrimcə gündəlik istifadə üçün remium versiya almağa ehtiyac yoxdur. Yuxarıda sadaladığım bütün fuksiyaları, hətta şəkil düzəltmək vəya redaktə etmək də daxil pulsuz versiyada istifadə etmək olur.


Gemini


Gemini, Google-un hazırladığı ən qabaqcıl süni intellekt proqramıdır. Gemini-ın ən üstün cəhəti Android telefonlara mükəmməl şəkildə inteqrasiya olunmasıdır. Bildiyiniz kimi, "Android" əməliyyat sistemi də Google-a məxsus olduğu üçün Gemini telefonunuzla sanki bütünləşərək işləyir. Gemini-ın pulsuz versiyası o qədər geniş imkanlara malikdir ki, məncə, premium versiyaya ehtiyac duymayacaqsınız. Gemini-ın da ChatGPT kimi mətn yazma, suallara cavab vermə, mürəkkəb problemləri həll etmə, şəkil yaratma və redaktə etmə funksiyaları mövcuddur. Bununla bərabər, GPT-də olmayan video hazırlamaq, canlı söhbət zamanı kamera ilə inteqrasiya və hətta yeni gələn mətni musiqiyə çevirmək kimi funksiyalar mövcuddur.


Grok


Grok bir çoxunuzun sosial mediadan tanıdığı milyarder iş adamı Elon Musk-un sahibi xAI şirkəti tərəfindən hazırlanıb. Grok-un üstün cəhəti isə digər süni intellekt proqramlarından daha az məhdudiyyət tətbiq etməsidir. Yəni Grok, digər intellektlərin cavab verməkdən imtina etdiyi sualları çəkinmədən cavablandıra, həmçinin onların hazırlamaq istəmədiyi şəkil və videoları asanlıqla hazırlaya bilər. Şəkil video hazırlama sahəsində isə, pulsuz planda belə demək olar ki limit tətbiq olunmur. Dilədiyiniz qədə media yarada bilərsiniz. Grok un üstün cəhətlərindən biri də X (Köhnə Twitter) platforması ilə inteqrasiyalı şəkildə işləyə bilmədir. Əgə digər intellentlərin tətdbiq etdiyi limit və məhdudiyyətlərdə bizmisizsə Grok tam sizin üçün daha doğru seçimdir.


DeepSeek


DeepSeek Çin texnologiya şirkətinin hazırladığı AI proqramıdır. DeepSeek qısa müddət ərzində dünyada böyük maraq qazandı və ChatGPT-nin rəqibi olaraq görülməyə başladı. Ən əsas üstünlüyü tamamilə pulsuz olması və istifadəçiyə heç bir limit qoymamasıdır. ChatGPT-nin premium versiyası ilə rəqabət apara biləcək səviyyədə bir AI proqramıdır. Mətn yazma, kod yazma və analiz etmə sahəslərində çox güclüdür. Lakin şəkil və video funksiyası yoxdur, yalnız mətn əsaslıdır. Bu sahədə digər süni intellektlərdən geri qalsa da tamamilə pulsuz bir AI axtaranlar üçün məncə ideal seçimdir.


Perplexty 

Perplexity AI digər süni intellekt proqramlarından fərqli olaraq daha çox axtarış platforması kimi işləyir. Verdiyiniz sualları internetdə olduqca sürətli şəkildə araşdıraraq sizə mənbələr təqdim edir və dəqiq cavablar verir. Yəni o, verdiyi cavabları haradan götürdüyünü və nəyə əsaslandığını açıq keçid (link) şəklində göstərir. Digərləri kimi onlarla fərqli funksiyası olmasa da, daha etibarlı məlumatlar almaq üçün ideal və sadə bir süni intellekt proqramıdır. Ödənişsiz versiyası əksər istifadəçilər üçün kifayət edir. 

Sizin burda olmayan amma istifadə edib bəyəndiyiniz süni intellekt proqramı varsa şərh bölməsində qeyd edə bilərsiniz.

Getcontac Apk Bilinməyən Nömrələrin Kimə Aid Olduğunu Öyrənmək

Getcontac Apk Yüklə

Getcontact naməlum nömrələrdən gələn zənglərin kimə aid olduğunu müəyyənləşdirmək üçün hazırlanmış Android tətbiqidir. Kontaktınızda olmayan hər-hansı bir nömrədən sizə zəng gəldikdə Getcontac nömrəni saniyələr içində müəyyənləşdirir və zəng ekranında sizə göstərir. Bunun üçün sadəcə telefonunuzun ayarlar bölməsindən Getcontact-ı tapıb "digər tətbiqlər üzərində göstər" funksiyasını aktiv etmək lazımdır.
Bununla yanaşı proqramın Spam Qoruması funksiyası ilə son vaxtlar ölkəmizdə də geniş yayılmış fırıldaqçı zəngləri də yerində müəyyənləşdirə və bloklaya bilərsiniz. 

Etikektlərim (Tags) bölməsində isə digər insanların sizin nömrənizi kontaktlarına necə qeyd etdiklərini görə bilərsiniz. Burda diqqət edilməsi gərəkən məqam, proqrama ilk dəfə giriş edəndə Getcontact-ın sizin kontakt siyahınızı da öz bazasına kopyalamasına və istifadə etməsini icazə vermiş olursunuz. Yəni necə ki siz başqalarının sizi necə qeyd etdiyini görürsüz, başqalarının da Tags bölməsində sizin qeyd etdiyiniz ad görünə bilər. Proqrami ilk dəfə istifadə edəcəksinizsə bu məqamları nəzərə alaraq yükləyin. 

Paylaşdığımız mod versiya olsa da "Profilimə Baxanlar" bölməsi aktiv deyil. Bu funksiya premium abunəlik almağınız mütləqdir.


Yüklə




Spotify Premium Reklamsız Apk Yüklə [Pulsuz Ən Son Versiya]

Spotify Premium Yüklə

Spotify, 750 milyondan çox istifadəçisi ilə dünyanın ən populyar onlayn musiqi dinləmə platformasıdır. 180-dən çox ölkədə fəaliyyət göstərən Spotify sayəsində mahnıları tək-tək axtarıb yükləmək dərdi olmadan, öz pleylistlərinizi yarada və istədiyiniz an dinləyə bilərsiniz. İstifadəçi dostu interfeysi, podkastlar, "Top" siyahılar və bir çox digər funksiyalar Spotify-ı musiqi sahəsində lider platformaya çevirir. ​

Bu platformanın ən böyük üstünlüklərindən biri də Premium abunəliklə yanaşı, ödənişsiz (Free) istifadə imkanının olmasıdır. Lakin ödənişsiz planda bir sıra məhdudiyyətlər tətbiq edilir. Bizim təqdim etdiyimiz bu versiyada həmin məhdudiyyətlərin çoxu aradan qaldırılıb. Beləliklə, ödəniş etmədən sanki Premium abunəliyiniz varmış kimi musiqidən zövq ala bilərsiniz. ​

Qeyd: Bu versiya tamamilə reklamsızdır və mahnı yükləmə funksiyasından başqa demək olar ki, bütün imkanlar aktivdir. Mahnıları oflayn (internet olmadan) dinləmək üçün rəsmi Premium abunəlik mütləqdir.

  Yüklə 





Seekee Apk Yüklə AI Film Izləmə Proqramı

Seekee Apk Yüklə 


Seekee süni intellekt təməlli Film, Serial izləmə tətbiqidir. Bildiyiniz kimi yeni çıxan film və serialların əksəriyyətini müəllif hüquqları və tv reytinqlərinin düşməsi səbəbi ilə YouTube üzərindən izləmək mümkün deyil. Bu səbəbdən istifadəçilərin çoxusu fəqli film, dizi saytlarına yönəlir. Lakin bu internet saytlarında reklam və virus tipli yazılımların əlindən bir şeylər izləmək demə olarki mümkünsüzdür. Seekee proqramı tam da bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Proqramı yükləyib axtarış yerinə istədiyiniz filmin və ya serialın adını yazmaq kifayətdir. Proqram süni intellektin ilə axtardığınız filmi saniyələr içində tapır və tamamilə reklamsız şəkildə izləyə bilməyimiz üçün hazırlayır. Sadəcə bir toxunuş ilə narahat edici reklamlar, pop up'lar və sizə durmadan bildiriş göndərməyə çalışan yazılımlar olmadan rahat şəkildə izləyə bilərsiniz. 

 Seekee süni intellekt təməlli bir proqram olduğu üçün filmi izləməklə yanaşı istədiyiniz bütün sahələrdə istifadə edə bilərsiniz. Məsələn Yazını şəkilə dönüşdürmə, AI şəkil redaktə edici, AI translate, Bulud depolama kimi saymaqla bitməyən onlarca funksiyası mövcuddur. Mənim ən xoşuma gələn şəkil redaktə etmə funksiyası oldu. Bu funksiyası daha çox Remini tərzində işləyir. Əsas sahəsi bu olmamasına rəğmən ortaya çox mükəmməl nəticələr çıxdı. Etiraf edim ki bu proqram süni intellekt sahəsində ən maraqlı və lazımlı proqramladan biri oldu.