![]() |
| Keepsafe Şəkil Gizlətmə Proqrami |
Android telefonlarda qalareyada şəkil və videoları necə gizlətmək olar? Bunun üçün nəzərdə tutulmuş çox sadə və funksional bir proqram var. Keepsafe, telefonunuzdakı şəkil və videoları gizlətmək üçün istifadə edilən bir tətbiqdir. Şəxsi şəkil və ya videolarını başqalarının maraqlı gözlərindən qorumaq istəyənlər üçün nəzərdə tutulub 👀
İstifadəsi çox sadədir: tətbiqi açırsınız, PIN və ya barmaq izi ilə daxil olursunuz və istədiyiniz media fayllarını içəriyə köçürürsünüz. Köçürdüyünüz faylları artıq telefonunuzun qalereyasında görmək artıq mümkün olmur.
Eyni zamanda güvənliyi artırmaq üçün tətbiqin bir neçə faydalı xüsusiyyəti var. Saxta PIN funksiyası ilə kimsə sizdən zorla şifrəni soruşmağa çalışsa boş və ya saxta albom göstərə bilərsiniz. Bundan əlavə, bulud yedəkləmə və albomları şifrələmə imkanı da mövcuddur. Pulsuz versiyada saxlama limiti var və reklamlar görünür. Tam imkanlardan yararlanmaq üçün Premium abunəlik tələb olunur.
Ümumiyyətlə, şəxsi məlumatlarını qorumaq istəyən istifadəçilər üçün etibarlı və istifadəsi asan bir tətbiqdir.



Hiç yorum yok:
Yorum Gönder