Perfect Piano 7.9.7 Apk Yüklə [ Son Versiya ]

Perfet Piano Apk Yüklə 

Perfect Piano, telefon və ya planşetinizi virtual pianoya çevirə biləcəyiniz yüksək funksionallı bir musiqi tətbiqdir. Proqramın əsas üstünlüyü, musiqi təhsili olmayan istifadəçilər üçün nəzərdə tutulmuş interaktiv öyrənmə sistemidir. Perfect Piano yükləyərək sadəcə telfonunuz ilə əylənərək piano çalmağı öyrənə bilərsiniz.


 Proqramın Əsas Funksiyaları: 

88 Klavişli Tam Klaviatura: Tətbiq standart piano klaviaturasını tam əhatə edir. Çoxtoxunuşlu dəstəyi sayəsində eyni anda bir neçə notu ifa etmək mümkündür.

 Müxtəlif Səs Effektləri: Yalnız klassik piyanonu deyil, həmçinin Grand Piano, Bright Piano, Orqan və Sintezator kimi müxtəlif alət səslərini dəstəkləyir.

 İnteraktiv Öyrənmə Rejimi: Minlərlə populyar musiqi tətbiqə daxil edilib. "Waterfall" (düşən notlar) və ya "Traditional" (not vərəqi) rejimlərindən istifadə edərək mahnıları öyrənə bilərsiniz.

 Audio Yazma: İfa olunan musiqiləri yüksək keyfiyyətli səs formatında yaddaşa köçürmək mümkündür. Xarici 

Klaviatura Dəstəyi: USB vasitəsilə xarici MIDI klaviaturaları proqrama qoşmaq və tətbiqi peşəkar bir monitor kimi istifadə etmək olar. 

 Çoxistifadəçili Rejim: Digər istifadəçilərlə onlayn mühitdə eyni anda ifa etmək və ya musiqi yarışlarına qoşulmaq imkanı mövcuddur.






Automatic Call Recoder Apk Yüklə ( Android Zəngləri Yaddaşa Yazmaq)

Automatic Call Recoder Yüklə 


Call Recorder Automatic, telefon danışıqlarını avtomatik olaraq qeyd edən bir Android tətbiqidir. Proqram gələn və gedən bütün zəngləri siz heçbir düyməni basmadan tamamilə avtomatik şəkildə və yüksək keyfiyyətdə yaddaşa yazır. Sadəcə birdəfə telefonuza yükləyib tələb etdiyi icazələri verərək quraşdırmanı tamamlayırsnız. Sonrasıda proqram hərşeyi özü edəcək. 

 Tətbiqin ən böyük üstünlüyü sadəliyidir — quraşdırıb unudursunuz, qalanını özü edir. Bundan əlavə, WhatsApp, Messenger və Zoom kimi tətbiqlərdəki zəngləri də qeyd etmək mümkündür. Səs keyfiyyəti HD səviyyəsindədir və lazım olduqda proqram daxili tənzimləmələr ilə səsi redaktə etmək də olur. Istəsəniz qeydləri buluda yedəkləyə bilərsiniz. Tətbiq kilidlənə bildiyi üçün şəxsi danışıqlarınız təhlükəsiz qalır. Daxili PIN şifrələmə funksiyası ilə gizlilik ön plandadır. 

Samsung, Xiaomi, Oppo, Huawei kimi cihazlarla stabil işləyir. Android 9 və yuxarı versiyalar üçün nəzərdə tutulub. Danışıqlarını arxivləmək, iş görüşmələrini yadda saxlamaq və ya sadəcə əmin olmaq istəyənlər üçün olduqca sadə və praktik bir həlldir. 

 Qeyd: Call Recoder'ın tam və problemsiz şəkildə işləyə bilməsi üçün ilk quraşdırma zaman proqramın tələb etdiyi bütü icazələri verdiyinizdən əmin olun. 







SnapTube Apk Yüklə Ən Son Versiya(YouTube'dan Video Yükləmək)

 

SnapTube Apk Yüklə

Sosial media platformalarında qarşımıza çıxan maraqlı videoları və musiqiləri oflayn izləmək üçün telefonumuza yükləmək istəyirsiniz? Snaptube, bu ehtiyacı tam şəkildə qarşılayan, dünyanın ən populyar Android tətbiqlərindən biridir. Bu proqram ilə YouTube, Instagram, SoundCloud, TikTok və Facebook kimi 50-dən çox platformadan istədiyiniz media fayllarını rahat şəkildə və ən yüksək keyfiyyətdə telefonunuza yükləyə bilərsiniz. 


 Snaptube-un Əsas Üstünlükləri və Funksiyaları:


 1. Çoxşaxəli Format və Keyfiyyət Seçimi 

Snaptube vasitəsilə videoları sadəcə bir kliklə MP4 (video) və ya MP3 (audio) formatında yükləyə bilərsiniz. Keyfiyyət məsələsində isə heç bir limit yoxdur. 144p-dən 4K Ultra HD keyfiyyətinə qədər seçim imkanınız mövcuddur. 

 2. WhatsApp Status Yükləyicisi 

Dostlarınızın paylaşdığı və 24 saat sonra silinən maraqlı statusları itirmək istəmirsinizsə, Snaptube köməyinizə çatır. Heç bir əlavə proqram quraşdırmadan, birbaşa Snaptube daxilindən WhatsApp statuslarını telefonunuzun yaddaşına köçürə bilərsiniz. 

 3. Şəxsi Faylların Qorunması (Gizli Bölmə)

 Təhlükəsizlik tərəfdarı olanlar üçün tətbiqdə xüsusi bir bölmə mövcuddur. Burada şəxsi şəkillərinizi və videolarınızı şifrəli şəkildə gizlədərək, kənar şəxslərin girişinin qarşısını ala bilərsiniz. 

 4. Sistem Optimizasiyası Alətləri

 Snaptubu sadəcə bir yükləyici kimi deyil, həm də telefonunuzun performansını artıra biləcəyinizbir proqram kimi də istifadə edə bilərsiniz. RAM təmizləyici, Lazımsız şəkil və WhatsApp təmizləyici, Batareya qənaət rejimi kimi funksiyaları ilə telefonunuzun daha stabil və sürətli işləməsini təmin edə bilərsiniz. 







Keepsafe Apk Yüklə ( Android Qalareyadan Şəkil Və Ya Video Gizlətmək)

Keepsafe Şəkil Gizlətmə Proqrami

Android telefonlarda qalareyada şəkil və videoları necə gizlətmək olar? Bunun üçün nəzərdə tutulmuş çox sadə və funksional bir proqram var. Keepsafe, telefonunuzdakı şəkil və videoları gizlətmək üçün istifadə edilən bir tətbiqdir. Şəxsi şəkil və ya videolarını başqalarının maraqlı gözlərindən qorumaq istəyənlər üçün nəzərdə tutulub 👀 İstifadəsi çox sadədir: tətbiqi açırsınız, PIN və ya barmaq izi ilə daxil olursunuz və istədiyiniz media fayllarını içəriyə köçürürsünüz. Köçürdüyünüz faylları artıq telefonunuzun qalereyasında görmək artıq mümkün olmur.

 Eyni zamanda güvənliyi artırmaq üçün tətbiqin bir neçə faydalı xüsusiyyəti var. Saxta PIN funksiyası ilə kimsə sizdən zorla şifrəni soruşmağa çalışsa boş və ya saxta albom göstərə bilərsiniz. Bundan əlavə, bulud yedəkləmə və albomları şifrələmə imkanı da mövcuddur. Pulsuz versiyada saxlama limiti var və reklamlar görünür. Tam imkanlardan yararlanmaq üçün Premium abunəlik tələb olunur. Ümumiyyətlə, şəxsi məlumatlarını qorumaq istəyən istifadəçilər üçün etibarlı və istifadəsi asan bir tətbiqdir. 







Spin The Bottle Apk Yüklə (Butulka Oyununun Android Versiyası))

Butulka Oyunu Apk 


Hamımızın Facebook'dan tanıdığı Spin the Bottle(Butulka Oyunu) klassik şüşə fırlatma oyununun Android versiyasıdır. Əvvəllər bu oyunu kompüterdə Facebook və ya Odnoklassniki kimi sosial platformalar üzərindən oynayırdıq. Oyunu telefonunuza yükləyərək heçbir platformaya giriş etmədən rahatlıqla oynaya bilərsiniz. Oyunun məntiqi çox sadədir. Ekrandakı şüşəni fırlayırsınız, o hansı oyunçuya tərəf dayanırsa, həmin oyunçu tapşırığı yerinə yetirməlidir. Bundan əlavə sizə verilən ❤️ xalları əvəzində birbirinizə hədiyyələr göndərə, olduğunuz masada musiqi seçə bilərsiniz. Burda məqsəd əlbəttə ki şuşə çevirmək və ya oyun oynamaq deyil özünüzə yeni dostlar tapmaq, söhbətləşərək xoş zaman keçirməkdir. Facebook və ya Google hesabınız ilə rahatlıqla giriş edib oynaya bilərsiniz. 







DiskDigger Apk Yüklə (Android Silinmiş Şəkilləri Geri Qaytarmaq)

DiskDigger Apk Yüklə

DiskDigger telefonunuzdan sildiyiniz şəkil və videoları asanlıqla geri qaytara biləcəyiniz bir Android tətbiqidir. İstifadəsi olduqca sadədir və heçbir texniki biliyə ehtiyac yoxdur. 


 Silinmiş şəkilləri bərpa etmək üçün nə etmək lazımdır? 

 Proqramı açıb hansı fayl növünü qaytarmaq istəyirsinizsə onu seçib(şəkil, video, pdf və s.)taramayı başla düyməsini sıxmaq kifayətdir. Proqram telefonunuzun bütün yaddaşını skan edir və tapdığı bütün faylları sizə göstərir. Istədiyiniz faylı seçib sanki heç silinməmiş kimi asanlıqla geri qaytara bilərsiniz. 

 DiskDigger Root edilmiş telefonlarda isə daha dərindən axtarış aparır amma root olmadan da istifadə etmək mümkündür. Proqramın pulsuz versiyasında foto və video bərpası mümkündür, premium versiyasında isə digər fayl növləri də daxildir. 


 Diqqət edilməsi lazım olan məqamlar:

 Bir şeyi unutmamaq lazımdır ki proqramı nə qədər tez istifadə etsəniz bir o qədər yaxşıdır. Telefon işlədildikcə silinmiş faylların üzərinə yeni məlumatlar yazılır və köhnə faylları bərpa çətinləşir. Və birşey daha. DiskDigger telefonuzu dərindən skan edərkən sizə zatən telefunuzda olan silinməmiş şəkil və videoları da göstərəcəkdir. Bu faylların arasından silinmiş olanları özünüz axtarıb tapmalısınız.


  Yüklə